Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
14 iyun 2023
# 11:30

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş virtual sərgi və eyniadlı ənənəvi sərgi hazırlanıb.

Kuli.az xəbər verir ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Azərbaycan, rus, ingilis dillərində kitab və məqalələr, ənənəvi sərgidə isə Azərbaycan tarixini, eləcə də Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən Milli Kitabxananın fondunda mühafizə olunan kitablar, məqalələr və s. materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Milli_Qurtulus_Gunu/index.html linkindən istifadə edə bilərlər.

# 767 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #