Məşhur yazıçı vəfat etdi

Məşhur yazıçı vəfat etdi
5 yanvar 2023
# 10:00

Məşhur britaniyalı yazıçı Fey Ueldon 91 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, oğlu yazıçının ölümünün dəqiq səbəbini açıqlamasa da, bir müddət əvvəl insult keçirdiyi və səhhətində müxtəlif problemlər yarandığı bildirib. Onun sözlərinə görə, Ueldon qocalar evində dünyasını dəyişib.

30-dan çox romanı olan yazıçının ən məşhur kitablarından biri 1989-cu ildə qələmə aldığı "Şeytanın həyatı və sevgisi" romanı olub.

Ueldon televiziyada da çalışıb. 2001-ci ildə isə Britaniya İmperiyasının ordeni ilə təltif edilib.

# 1965 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #