Məşhur aktyor həyat yoldaşı ilə birgə həyatını itirdi

Məşhur aktyor həyat yoldaşı ilə birgə həyatını itirdi
13 fevral 2023
# 10:40

Aktyor Çağdaş Çankaya və musiqiçi həyat yoldaşı Zilan Tigris Kahramanmaraşda olan zəlzələdə həyatını itirib.

Kulis.az xəbər verir ki, ssenari müəllifi və prodüser Mehmet Bozdağ İnstaqram səhifəsində bu barədə xəbər yayıb:

“Hamımızı dərindən yaralayan zəlzələ faciəsində "Kuruluş Osman" serialımızın dəyərli aktyoru Osman Çağdaş Çankaya və həyat yoldaşı Zilan Tigrisin vəfatı bizi dərindən kədərləndirdi.

Dəyərli aktyorumuz Çağdaş Çankayaya, həyat yoldaşına və zəlzələdə həyatını itirən bütün vətəndaşlarımıza Allahdan rəhmət, yaxınlarına başsağlığı verirəm.

Məkanınız cənnət olsun”.

# 1475 dəfə oxunub

Müəllifin son yazıları

# # #