Mədəniyyət nazirinin iki müavini işdən azad edildi

Mədəniyyət nazirinin iki müavini işdən azad edildi
1 mart 2023
# 16:40

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və müavin Sevda Məmmədəliyeva vəzifəsindən azad edilib.

Kulis.az xəbər verir ki, məlumatı Mədəniyyət Nazirliyindən APA-ya təsdiq ediblər.

Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Xatırladaq ki, Sevda Məmmədəliyeva 1999-cu ildən mədəniyyət nazirinin müavini, Vaqif Əliyev isə Prezident İlham Əliyevin 2011-ci il tarixli sərəncamı ilə mədəniyyət və turizm nazirinin birinci müavini, 2018-ci il tarixli sərəncamı ilə isə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

# 1202 dəfə oxunub

Müəllifin son yazıları

# # #