“Maya” filminin Kiprdə təqdimatı keçiriləcək

“Maya” filminin Kiprdə təqdimatı keçiriləcək
2 avqust 2023
# 14:20

“Maya” filminin Kiprdə təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, bu barədə filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Yazıçılar Brliyinin İdarə Heyətinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Xəyal Rza məlumat verib.

Təqdimat Şimali Kipr Türk Respublikasının Baş nazirliyinin dəstəyilə, Turizm, Mədəniyyət, Gənclik və Ətraf Mühit Nazirliyi tərəfindən təşkil ediləcək. Sentyarbın 8-də İsmet Vehit Güney Sənət Mərkəzində keçiriləcək “Maya” filminin təqdimatında respublika rəhbərliyi, millət vəkilləri və sənət adamları iştirak edəcəklər.

Filmin operatoru Rafiq Əliyev, bədii rəhbəri isə görkəmli kinorejissor, Xalq artisti Oktay Mir Qasımdır.

Qeyd edək ki, Beynəlxalq Türk Müəllifləri Birliyinin və “ES Baku”nun maliyyə dəstəyilə çəkilən “Maya” filmi əzablı, iztirablı qadın taleyindən bəhs edir.

# 995 dəfə oxunub

Müəllifin son yazıları

# # #