“İrs” jurnalının yapon dilində növbəti nömrəsi çap olundu

“İrs” jurnalının yapon dilində növbəti nömrəsi çap olundu
19 dekabr 2023
# 14:40

“İrs” beynəlxalq jurnalının yapon dilində növbəti nömrəsi nəşr olunub.

Kulis.az xəbər verir ki, jurnalda Azərbaycan -Yaponiya diplomatik münasibətlərinin tarixi barədə məqalə yer alıb.

Həmçinin, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasəti və onun ağır nəticələri, Azərbaycanın tarixi, dini və mədəni abidələrinə qarşı törədilmiş vəhşiliklər, şəhər və kəndlərin dağıdılması haqqında ətraflı məlumat verilib.

Jurnalın nüsxələri Yaponiyanın dövlət və hökumət qurumlarına, elmi-tədqiqat institutları və beyin mərkəzlərinə, kitabxanalara və ali təhsil müəsisələrinə göndərilir, ölkəmizin Yaponiyadakı səfirliyinin keçirdiyi tədbirdə qonaqlara təqdim edilir.

# 646 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #