İranlı aktrisa məcburi hicab tələbinə görə kinodan uzaqlaşdı

İranlı aktrisa məcburi hicab tələbinə görə kinodan uzaqlaşdı
13 iyul 2023
# 18:46

İranda məşhur aktrisa Əfsanə Bayeqan məcburi hicab tələbinə görə kinodan uzaqlaşıb.

Kulis.az xəbər verir ki, “Azad İran” teleqram kanalının məlumatına görə, bu barədə Bayeqanın özü məcburi baş örtüyü ilə əlaqədar prokurorluğa çağırılandan bir neçə gün sonra açıqlama yayıb.

Aktrisa bildirib ki, onun incəsənətlə bağlı fəaliyyəti və ictimai ləyaqəti illərdir yanlış iddialarla üzləşib, rejim heç bir izaha, müdafiəyə məhəl qoymur, eşitmir : “Belə olduğu halda aktyorluq sənətindən geri çəkilməyi məqsədəuyğun hesab edirəm”.

Qeyd edək ki, Əfsanə Bayeqan son 40 ildə İran kinosunun ən məşhur simalarından biridir.

# 651 dəfə oxunub

Müəllifin son yazıları

# # #