Amerika Rejissorlar Gildiyası Film və Televiziya Prodüserləri Alyansından yeni müqavilə bağlamağı tələb edib.
Kulis.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Məlumata görə, ABŞ rejissorları daha çox yaradıcılıq azadlığı və rejissor kəsimi üçün nəzərdə tutulan vaxtı artırmağı tələb ediblər.
- Şükriyyə Əhməd Cavaddan niyə boşanmaq istəmirdi? - Cavidin “Şükriyyə”si"
- Bir şairi öldürdülər – Günün şeiri
- Yazıçılara təqaüd necə verilir? – Nazirlikdən açıqlama
Birliyin Alyansla hazırkı müqaviləsi iyunun 30-da başa çatacaq. Bu tələblərə uyğun yeni müqavilə imzalanmasa, Hollivud rejissorları 36 ildən sonra ilk dəfə tətil edə bilərlər.
Qeyd edək ki, mayın 2-də amerikalı ssenaristlər əmək müqaviləsinin şərtlərini yaxşılaşdırmaqla bağlı kinostudiyalarla razılığa gələ bilmədiklərinə görə tətilə başlayıblar.