Gənc aktrisanın səhnədə halı pisləşdi

Gənc aktrisanın səhnədə halı pisləşdi
8 iyun 2023
# 16:50

Aktrisa Codi Komer çərşənbə günü Broadway tamaşası zamanı meşə yanğını tüstüsü səbəbindən nəfəs almaqda çətinlik çəkdiyini dedikdən sonra qəfildən səhnəni tərk edib.

Kulis.az xəbər verir ki, sosial mediada və Variety-də yayılan xəbərlərdə Komeri səhnədən endirməyə prodüser qrupunun üzvünün kömək etdiyi qeyd olunub.

Qeyd edək ki, Kanadada başlayan meşə yanğınları son günlər Nyu-York şəhərini bürüyüb. Sakinlərə evdə qalmaq və ya çöldə N95 maskaları taxmaq tövsiyə edildiyi üçün "Hamilton" müziklı və bir neçə matç təxirə salınıb.

# 724 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #