Lui Leteryerin "Forsaj 10" filmi dünya miqyasında 652,7 milyon dollar gəlir əldə edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu məbləğin 514,65 milyon dolları Şimali Amerikadan olan tamaşaçılar tərəfindən ödənilib. Qalan 138,09 milyon dollar isə digər ərazilərdən götürülüb. Filmin büdcəsi eyni zamanda təxminən 340 milyon dollar təşkil edib ki, bu da onu tarixin ən bahalı filmlərindən birinə çevirib.
"Forsaj 10" hazırda 2023-cü ilin ən çox gəlir gətirən filmləri siyahısında dördüncü yerdədir.
Ekran əsəri daha iki filmlə davam edəcək. Filmin 11-ci hissəsi 4 aprel 2025-ci ildə buraxılmalıdır. Final 12-ni çəkmək niyyəti bu yaxınlarda məlum olub.