“Eurovision"un finalı ilk dəfə kinoteatrlarda yayımlanacaq

“Eurovision"un finalı ilk dəfə kinoteatrlarda yayımlanacaq
27 mart 2023
# 16:20

Eurovision Mahnı Müsabiqəsinin finalı tarixdə ilk dəfə olaraq Böyük Britaniyanın bütün kinoteatrlarında canlı yayımlanacaq.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb. Məlumatı Avropa Yayım Birliyi (EBU) təsdiqləyib.

Müsabiqədə iştirak etməyən ölkələrdən olan tamaşaçılar öz sevimli iştirakçısına səs verə biləcəklər. Bunlara Eurovision-dan kənarlaşdırılan Rusiya (2022) və Belarusiya ( 2021) da daxildir .

“Səsverməsinin necə və harada keçiriləcəyi ilə bağlı daha ətraflı məlumatı tədbirin keçiriləcəyi vaxta yaxın dərc edəcəyik”, - deyə birlik bildirib.

# 772 dəfə oxunub

Müəllifin son yazıları

# # #