Rejissor Alex Gibney Tesla, SpaceX və Twitter CEO-su Elon Musk-ın həyat və fəaliyyətindən bəhs edən sənədli film çəkəcək .
Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.
“Bir müddətdir ki, bu layihə üzərində işləyirəm. Çox həyəcanlıyam!"-, deyə Gibney qeyd edib.
Qeyd edək ki, Gibney ABŞ-nin işgəncə ilə bağlı siyasətindən bəhs edən “Qaranlıq tərəfdəki taksi” filmi Ən Yaxşı Sənədli Film nomiinasiyasında Akademiya Mükafatını qazanıb.
O, həmçinin “Stiv Cobs”, casusluq və hakerlər haqqında “Zero Days” kimi layihələri lentə alıb.