Dünyanın ən yaşlı iti öldü

Dünyanın ən yaşlı iti öldü
23 oktyabr 2023
# 18:40

Ginnesin Rekordlar Kitabı tərəfindən dünyanın ən yaşlı iti kimi tanınan Rafeyro do Alentexo cinsindən olan "Bobi" adlı it 31 yaşında ölüb.

Kulis.az Ginnesin Rekordlar Kitabının rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliyanın Leiria şəhəri yaxınlığındakı Konqiros kəndində yaşayan Kosta ailəsinə məxsus it 2 fevral 2023-cü ildə tarixin ən yaşlı iti kimi qeydə alınıb.

Qeyd edək ki, Kosta may ayında Bobinin 31 yaşa çatması münasibətilə qonaqlıq verib. 100-dən çox qonağın iştirak etdiyi gecədə müxtəlif ölkələrdən Bobi pərəstişkarları da olub.

# 784 dəfə oxunub

Müəllifin son yazıları

# # #