Dueldə Puşkini öldürən Dantesin fotosu rekord qiymətə satıldı

Dueldə Puşkini öldürən Dantesin fotosu rekord qiymətə satıldı
15 dekabr 2022
# 16:06

Rus şairi Aleksandr Puşkini dueldə öldürən Georges Dantesin fotosu 340 min rubla satılıb.

Kulis.az xəbər verir ki, “XIX əsrin ikinci yarısı - XXI əsrin əvvəllərinin fotoqrafiyası” hərracına ümumilikdə 230-dan çox nadir fotoşəkil təqdim olunub. Hərrac iştirakçıları əksər fotoların ilkin dəyərini dəfələrlə üstələyiblər.

Beləliklə, Georges Dantesin portretinin qiyməti də 95 min rubldan 340 min rubla yüksələrək satılıb.

Foto 1837-ci il duelindən sonra Dantesin Rusiyanı tərk edərək Fransaya getdiyi vaxtlarda çəkilib.

# 1328 dəfə oxunub

Müəllifin son yazıları

# # #