Dövlət “Yuğ” Teatrı premyeraya hazırlaşır

Dövlət “Yuğ” Teatrı premyeraya hazırlaşır
3 iyul 2023
# 18:30

İyulun 8-də Azərbaycan Dövlət “Yuğ” Teatrında “Asılqan” tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, Xalq yazıçısı Anarın “Asılqanda işləyən qadın” hekayəsinin motivləri əsasında hazırlanan pyesdə Xəlil Cibran, Tomas Eliot, Nazim Hikmət kimi böyük mütəfəkkirlərin və eyni zamanda, müasir ədəbiyyatın ən parlaq imzalarından olan İlqar Kamilin, Bahar Zamanının esse və şeirlərindən istifadə edilib.

Tamaşanın rejissoru Abdulqəni Əliyev, rəssamı Əfşan Əsədovadır. “Asılqan”da onlarca geyim, obraz cəmi iki aktyorun ifası ilə canlanır. Bu mənada tamaşa gənc sənətçilər – Elşən Əsgərov və Ləman Mərrihin olduqca mürəkkəb quruluşda özəl və yüksək peşəkar performansı sayılmalıdır.

“Asılqan” bu mövsümdə “Yuğ” teatrının son premyerası olacaq.

# 913 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #