“Dörd əkizin nağılı” yenidən Gənc Tamaşaçıların səhnəsində

“Dörd əkizin nağılı”  yenidən Gənc Tamaşaçıların səhnəsində
16 yanvar 2024
# 17:30

Yanvarın 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bolqar yazıçısı Panço Pançevin “Dörd əkizin nağılı” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli tamaşa nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı isə Elşən Sərxanoğludur.

Uşaqlar üçün nəzərdə tutulan tamaşada əsas rolları Elnur Hüseynov, Günel Məmmədova və Kərəm Hadı-zadə ifa edəcək.

Tamaşa dörd əkizin Bonka adlı qıza vurulması və sonradan baş verən əhvalatlardan bəhs edir. Əsərin qayəsini sədaqət, zəhmətsevərlik və düzlük təşkil edir.

# 614 dəfə oxunub

Müəllifin son yazıları

# # #