Disney 4 milyon abunəçisini itirdi

Disney 4 milyon abunəçisini itirdi
15 may 2023
# 11:00

Disney 2023-cü ilin 2-ci rübündə 4 milyon axın xidməti abunəçisini itirib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin bəyanatında bildirilib.

İstifadəçilərin xaricə axını nəticəsində abunəçilərin sayı 161,8 milyon nəfərdən 157,8 milyon nəfərə qədər azalıb. Zərbənin əsas hissəsi Disney+Hotstar Hindistana yönəlmiş seqmentdən gəlib. Bir ayda şirkətin bu seqmentdə bir istifadəçiyə düşən gəliri 59 sent idisə, bir il əvvəl bu rəqəm 74 sent civarında olub.

Buna baxmayaraq, Disney+ üçün ümumi rəqəm reklamsız abunələr üçün qiymət artımı səbəbindən 3,93 dollardan 4,44 dollara yüksəlib. Təşkilatın rüblük gəliri 13 faiz artaraq 21,82 milyard dollar olub.

# 981 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #