“Uşaqların şeir payı” adlı kitab çap olunub

“Uşaqların şeir payı” adlı kitab çap olunub
11 mart 2021
# 14:19

Uşaq yazarı Mehriban Nağıyevanın “Uşaqların şeir payı” adlı kitabı çap olunub.

Həmişə bir-birindən maraqlı nağıllar, hekayələr və təmsillərlə uşaqların görüşünə gələn müəllif bu dəfə onları son illərdə qələmə aldığı şeirləri ilə sevindirib.

Kitabda “Qarabağ”, “Şuşa” kimi vətənpərvər şeirlər də yer alıb.

Kitabdakı şeirlərdə uşaqlara meyvə və tərəvəzlərin faydaları, ilin fəsilləri, heyvanlara sevgi, əməyə məhəbbət, doğru danışmaq, dostluqda sədaqət və digər gözəl xüsusiyyətlər aşılanır. Kitabdakı şeirlərə çəkilmiş rəsmlər də göz oxşayır. Rəsmlərin müəllifi rəssam Mərziyə Şövkət, kitabın layihə rəhbəri Rəşid Aslan, redaktor Nərgiz Əliyevadır.

Uşaq yazarı Mehriban Nağıyevanın bu günə qədər bir çox kitabları uşaqların sevimlisinə çevrilib. 2016-cı ildə çap olunan “Əsmərin sehrli zənbili” kitabı uşaqlar tərəfindən çox sevildiyi üçün “Bakı Uşaq Nəşriyyatı” tərəfindən 4 dəfə çap olunub. Müəllifin “Nağıllar” seriyasından olan kitablarını da uşaqlar sevə-sevə oxuyur.

# 2980 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #