Cinsi zorakılıqda təqsirləndirildikdən aktyor 3 ildən sonra boşandı

Cinsi zorakılıqda təqsirləndirildikdən aktyor 3 ildən sonra boşandı
22 iyun 2023
# 15:10

Amerikalı aktyor Armand Duqlas Hammer və model Elizabet Çembers ayrılıq qərarı aldıqdan 3 il sonra boşanıblar.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, ikilinin birgə əldə etdikləri əmlak və övladları ilə bağlı mübahisələri səbəbindən 2 ildən çoxdur davam edən məhkəmə prosesi bitib.

Qeyd edək ki, Armand və Elizabet 2010-cu ildə evləniblər.

Hammer neft maqnatı Armand Hammerin nəvəsidir. Buna baxmayaraq o, ailəsindən maddi yardım almır və pul qazanmaq üçün işləməyə məcburdur.

O, 24 yaşlı qadına qarşı cinsi zorakılıqda təqsirləndirildikdən sonra rol aldığı sonuncu filmin çəkiliş meydançasından qovulub. Təcavüz iddialarından sonra aktyorun karyerası demək olar ki, bitib. İddiaların ardından Elizabet 2020-ci ilin iyulunda ayrıldıqlarını elan edib.

# 868 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #