#

Cəfər Cabbarlının ev muzeyində bərpa işləri yekunlaşdırıldı

Cəfər Cabbarlının ev muzeyində bərpa işləri yekunlaşdırıldı
16 yanvar 2023
# 14:30

Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

Kulis.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazirlik tərəfindən verilən tapşırığa əsasən, yanvarın 15-də muzeyin binasının dam örtüyündə aparılan bərpa işləri başa çatdırılıb.

Qeyd edək ki, yanvarın 13-də günün ikinci yarısında güclü külək Xızı rayonunda Cəfər Cabbarlının Ev-Muzeyinin dam örtüyünün bir hissəsini uçurtmuş, həmçinin muzeyin binasını elektrik enerjisi ilə təmin edən xətləri sıradan çıxarmışdı.

# 1026 dəfə oxunub

Müəllifin son yazıları

# # #