"Buker"in qısa siyahısına düşən yazıçı vəfat etdi

"Buker"in qısa siyahısına düşən yazıçı vəfat etdi
22 may 2023
# 13:25

Nəslinin ən məşhur ingilis yazıçılarından olan Martin Amis 73 yaşında vəfat edib.

Kulis.az nytimes-a istinadən xəbər verir ki, yazıçının həyat yoldaşı İzabel Fonseka onun Floridadakı evində qida borusu xərçəngindən öldüyünü bildirib.

Qeyd edək ki, Amis 50 illik karyerasında 14 roman, bir neçə qeyri-bədii kitab və bir xatirə yazıb. O, Ceyms Fenton, Salman Rüşdi və İan Makyuan kimi yazıçıların müasiri idi. Xatırladaq ki, yazıçı 1991-ci ildə "Time's Arrow" romanı ilə Bukerin qısa və 2003-cü ildə "Yellow Dog" romanına görə isə uzun siyahısına düşməyi bacarıb

# 780 dəfə oxunub

Müəllifin son yazıları

# # #