Britni Spirs sevgilisinin xəyanətindən danışdı

Britni Spirs sevgilisinin xəyanətindən danışdı
18 oktyabr 2023
# 13:20

Müğənni Britni Spirs keçmiş sevgilisi, "NSYNC" qrupunun solisti Castin Timberleykin xəyanətindən danışıb.

Kulis.az "TMZ"yə istinadən xəbər verir ki, Britni Timberleykin onu başqa bir məşhurla aldatdığını bildirib.

Sənətçinin sözlərinə görə, bu qadın artıq ailə həyatı qurub və müğənni ona pislik etmək istəmir.

Qeyd edək ki, Britni Timberleyklə 1999-2002-ci illərdə sevgili olub.

# 612 dəfə oxunub

Müəllifin son yazıları

# # #