Bir zəlzələlik canı var şəhərlərin - Günün şeiri

Bir zəlzələlik canı var şəhərlərin - Günün şeiri
7 dekabr 2023
# 10:58

Kulis.az "Günün şeiri" layihəsindən Aqşin Yeniseyin "Günel üçün" şeirini təqdim edir.

Bir zəlzələlik canı var şəhərlərin
Bir sevgilik ömrü var şairlərin
Bir nəfərlik unudulmaq qorxusu var qadınların
Şəhərlər zəlzələdən,
Şairlər sevgidən,
Qadınlar unudulmaqdan qorxur.

Zəlzələdən sonra şəhərdən nə qalırsa
Divar odur.
Sevgidən sonra şairdən nə qalırsa
Söz odur.
Unudulandan sonra qadından nə qalırsa
Sən osan.

# 1098 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #