Kulis.az Allahverdi Təkləlinin yeni şeirini təqdim edir.
Eh, bir də baxdım ki qış qapıdadı,
Eh, bir də baxdım ki yön qara çıxıb.
Qəddənə-qəddənə qələm ömrümün
Yarıdan çoxusu yonqara çıxıb.
Yarıdan çoxusu yonqara çıxıb...
Ta yer də qalmayıb qəddənməyinə.
...Bir bar budağında lalıxlandısa,
İnanmam təzədən mətdənməyinə.
- Markesin arxivi internetdə yayımlandı
- Rusiyanın məşhur teatrı Bakıda çıxış edəcək
- Koronavirus peyvəndi vurulan ilk məşhur
İnanmam mətdənsin lalıxlanan bar,
İstər ümid verin quş ağzı ilə.
Bu qələm ömrümün yaz öynü getdi,
Durmuşam üz-üzə qış ağzı ilə.
Yetmişəm yaşımın bələn yerinə,
Arxadan uşaqlıq puçurum baxır.
Eh, bir də baxdım ki qış qapıdadı,
Qarşıdan devağız uçurum baxır.