“Avatar: Suyun Yolu” 531 milyon dollardan çox gəlir əldə etdi

“Avatar: Suyun Yolu” 531 milyon dollardan çox gəlir əldə etdi
20 aprel 2023
# 18:40

"Deadline"a görə 2022-ci ilin ən qiymətli blokbasterləri siyahısında lider Ceyms Kemeronun "Avatar: Suyun Yolu" filmi olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, film kassada 531,7 milyon dollar gəlir əldə edib.

Hesablamalarda filmin yaradılması və təbliği xərcləri də nəzərə alınıb.

“Avatar”dan sonra 391,1 milyon dollar gəlir əldə edən film “Top Gun: Maverick”dir. “Minions: Gruvitation” cizgi filminin real gəliri isə 382 milyon dollar təşkil edib ki, bununla da o üçüncü yerdə qərarlaşıb.

Marvel filmləri "Doctor Strange: Into the Multiverse of Madness" (284 milyon dollar) və "Black Panther: Wakanda Forever" (259 milyon dollar) dördüncü və beşinci yerləri tutub.

Xatırladaq ki, premyerası 6 dekabr 2022-ci ildə olan "Avatar: Suyun Yolu" filmi kassada 2,243 milyard dollar toplayaraq "Titanik"i keçib və tarixdə ən çox gəlir gətirən üçüncü film olub.

# 1024 dəfə oxunub

Müəllifin son yazıları

# # #