Aktrisa səhnədə intihar etdi

Aktrisa səhnədə intihar etdi
26 dekabr 2022
# 10:20

Hindistanlı aktrisa Tunişa Şarma çəkiliş meydançasında intihar edib.

Kulis.az xəbər verir ki, 20 yaşlı aktrisa “Əli Baba: Döyüşçü əfsanəsi” filminin çəkilişləri zamanı geyinmə otağında ölü tapılıb.

Hadisə şahidləri qızı tapdıqdan sonra onu xəstəxanaya aparsalar da, həkimlər sənətçini xilas edə bilməyiblər.

Qeyd edək ki, Şarma ilə birlikdə onun sevgilisi Şizan Məhəmməd Xan da serialın çəkilişində iştirak edib. Aktrisanın həmkarları onun qəribə davranışını görmədiklərini, sosial şəbəkələrdə qızın çəkilişdən kadrlar yayımladığını və pərəstişkarlarını layihənin davamını izləməyə çağırdığı bildiriblər.

Polis mərhumun ölümünün hansı şəraitdə baş verdiyini araşdırır.

# 9387 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #