"Açar" beynəlxalq festivalda

"Açar"  beynəlxalq festivalda
10 yanvar 2024
# 13:04

“Açar” qısametrajlı bədii filmi yanvarın 12-dən 18-dək Bolqarıstanın paytaxtında keçiriləcək 16-cı Sofia Menar Film Festivalının qısametrajlı filmlər proqramına seçilib.

Kulis.az xəbər verir ki, proqramda Azərbaycanla yanaşı Yaponiya, ABŞ, İran, Tunis, Misir, Pakistan kimi ölkələrdən təqdim olunan filmlər yer alıb.

Qeyd edək ki, premyerası 2023-cü ilin aprel ayında 14-cü “Go Short” Beynəlxalq Qısa Filmlər Festivalında baş tutan “Açar” filmi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq festivallarda ölkəmizi təmsil edib.

“OB Film” və “Epic Production” şirkətlərinin birgə istehsal etdiyi film Qarabağda işğal olunmuş evinin sonuncu yadigarı və nişanəsi olan açarları 26 il qoruyub saxlayan Ümid kişinin hekayəsindən bəhs edir.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Elşad Əliyev (ELsevƏR), görüntü rejissoru Cavid Oruclu (Delee), quruluşçu rəssamı Arif Niftiyev, montaj rejissoru Elşad Rəhimov, səs rejissoru Mehman Nadirov, prodüserləri Orxan Behbid, Senur Əhədov və Mətin Ələkbərlidir.

Ekran əsərində Qurban İsmayılov, Rasim Cəfər, Reyhan Cəfər, Hüseyn İsgəndərov, Yusif Şeyxov, Zemfira Əbdülsəmədova, Arif Kərimov, Rövşən Ağayev, Eldar Cəbrayıl, Selin Cəbrayıl və başqaları çəkiliblər.

# 574 dəfə oxunub

Müəllifin son yazıları

# # #