"1984" 65 ildən sonra ABŞ-yə qayıdır

"1984" 65 ildən sonra ABŞ-yə qayıdır
16 iyun 2023
# 18:00

Corc Oruellin distopiya romanı "1984"ün bir nüsxəsi 65 ildən sonra ABŞ-ın Oreqon ştatındakı kitabxanaya qaytarılıb.

Kulis.az BBC-yə istinadən xəbər verir ki, kitaba əlavə edilən qeyddə adı sadəcə "WP" olan 86 yaşlı bir kişi kitabın bugünkü əhəmiyyətinə görə Portlanddakı "Multnomah County" kitabxanasına qaytarılmalı olduğunu deyib.

Qeyd edək ki, 1949-cu ildə nəşr olunan romanda hadisələr tənqidi düşüncənin totalitar rejim tərəfindən sıxışdırıldığı bir dünyada cərəyan edir.

# 785 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #