Məşhur ispan rejissoru vəfat etdi

Məşhur ispan rejissoru vəfat etdi
11 fevral 2023
# 13:40

Kann kinofestivalının ikiqat qalibi, ispan rejissoru Karlos Saura Atares 92 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə İspaniya Kino Akademiyası məlumat yayıb.

“Çox təəssüf hissi ilə Kino Akademiyası Karlos Sauranın ölümünü bəyan edir. İspan kino tarixinin əsas rejissorlarından biri olan Saura bu gün 91 yaşında öz evində, yaxınlarının əhatəsində dünyasını dəyişib”, - deyə məlumatda bildirilib.

Ataresin filmoqrafiyasındakı ən məşhur əsər Oskar mükafatına namizəd olan "Karmen" dramıdır.

Ümumilikdə rejissor Kann Film Festivalında iki mükafata, nailiyyətlərə görə Avropa Kino Akademiyasının fəxri mükafatına, Britaniya Kino Akademiyasının BAFTA mükafatına, Qoya mükafatına və Berlin Film Festivalının iki mükafatına layiq görülüb.

# 1656 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #