Rusiyada milyonlarla dollar qazanan film

Rusiyada milyonlarla dollar qazanan film
17 mart 2025
# 09:41

Türkiyəli aktyorlar Hande Erçel və Barış Arduçun baş rollarını paylaşdığı "Rüzgara bırak" filmi Rusiyada "İlin ən çox gəlir gətirən filmləri" siyahısında 6-cı yerdədir.

Kulis.az xəbər verir ki, ekran işinin 5-ci həftəsində 594 minə yaxın izləyicisi olub və 3 milyon 102 min 499 dollar (114 milyon TL) gəlir əldə edib.

Film Rusiyanın ən böyük rəqəmsal platforması olan İVİ-nin onluq siyahısında 2 həftədir 1-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, aktyorlar bir müddət əvvəl ekran işinin qalası üçün Moskvaya getmişdilər.

# 184 dəfə oxunub

Müəllifin son yazıları

# # #