Məşhur rejissor Cəfər Pənahi 30-cu Busan Beynəlxalq Film Festivalında "Asiyada İlin Kinorejissoru" mükafatına layiq görülüb.
Kulis.az xəbər verir ki, mükafat Pənahiyə "İt Was Just An Accident" (“Bu, sadəcə bir qəza idi”) filminə görə verilib.
Beləliklə o, Avropanın üç əsas festivalında ən yüksək mükafatı alan ilk Asiya rejissoru olub. Pənahi bundan əvvəl 2002-ci ildə “The Circle” filminə görə Venesiya Film Festivalında "Qızıl Aslan" və 2015-ci ildə “Taksi” filminə görə Berlin Film Festivalında "Qızıl Ayı" mükafatları qazanıb.
Qeyd edək ki, 65 yaşlı rejissora İran hakimiyyəti tərəfindən film çəkmək qadağan edilib və çoxsaylı həbslər və səyahət qadağaları ilə üzləşib. O, yenə də gizli şəkildə filmlər çəkməyə və onları beynəlxalq festivallara göndərməyə davam edir.