Kasıba ölüm yaxşı

Kasıba ölüm yaxşı
22 iyul 2014
# 16:10

Anar Məcidzadə

Fələyin oyunu

Səni öz arzuna çatdıran fələk,
Məni öz arzuma tamarzı qoydu.
Səni güldürsə də bu ömür, həyat,
Məni öz bəxtimdən narazı qoydu.

Sənin taleyinə günəş, ay doğur,
Mənim bəxtiminsə günəşi batır.
Qəlbində ən əziz nəğmə səslənir,
Mənim ürəyimdə buludlar yatır.

İndi taleyimdən nə giley edim?
Olanlar olubdur, keçənlər keçib.
Qisməti yazıbdır yazan əzəldən,
Hərəni bir cürə bir tale seçib.

Eşqə yandığın qədər...

Mən ürəkdən adını,
De axı necə atım?
Sənə bağlı hər zaman,
Mənim ömrüm, həyatım.

Dodağımda gülüşüm,
Damarda qanım oldun.
Canımdan artıq sevdim,
Bədəndə canım oldum.

Məhəbbəti unutmaq,
Gülüm, danmaq olmayır.
Eşqə yandığın qədər,
Vallah yanmaq olmayır.

Həm anadır, həm atadır

Çətin olsa vəziyyətim,
Sizə düşür əziyyətim.
Hər bir zaman xoş niyyətim,
Həm anadır, həm atadır.

Eşidərlər tez harayı,
Eşitməsə əmi, dayı.
Bəşərin günəşi, ayı,
Həm anadır, həm atadır.

Gözlərində Tanrı nuru,
Tanrı, sən onları qoru.
Bu dünyada ən haqq, doğru,
Həm anadır, həm atadır.

Hər əzaba dözən kimdir,
Hər əzabı çözən kimdir?
Çiçək kimdir, çəmən kimdir,
Həm anadır, həm atadır.

Anar, söyləyir ki, ürək,
Ən xoş arzu, ən xoş dilək,
Ömür boyu bizə gərək,
Həm anadır, həm atadır.

Sən və mən

O qara gözlərindən,
Bir məhəbbət oxunur.
Ayağına dəyən daş,
Ürəyimə toxunur.

Günah və cəza

Etdiyin hər bir günah,
Bir gün cəza kimi
qarşına çıxacaq.
Ev yıxan əllərin,
öz evini yıxacaq.

Ölmə, kasıb

Ölmə kasıb, ölmə
Səni kim ağlayacaq?
Gedib məzarına
Kim qara bağlayacaq?
Özün kimi taleyin də kasıbdır,
Dostdan-tanışdan,
Qohumlardan kasıbsan.
Bu dünyaya gələndən,
Ömrün olmayıb asan.
Nə adını çəkən var,
Nə üzünə baxan var.
Sözünü dinləyən yox,
Nə sözünə baxan var.
Bəxtin belə gətirib -
Gərək barışmalısan.
Özün də öz oduna,
Yanıb, alışmalısan...
Kasıblıq da insanın,
Bir qisməti, naxışıdır.
Belə yaşamaqdansa,
Sənə ölüm yaxşıdır.

# 2009 dəfə oxunub

Müəllifin son yazıları

# # #