O qədər səmimi gülümsəyirdin ki, utana-utana şalvarımın cibində sıxdığım əzik yüzlük əlimi yandırırdı…
O qədər incə öpürdün ki, boynumu, gözlərimi yumanda kirpiklərim Cem Adrianın mikrofona yayılan ecazkar səsi kimi titrəyirdilər…
O qədər ehtirasla sevişirdin ki, kənara atılmış ütülü paltarlarım dırnaqlarınla cızılmış tərli bədənimə paxıllıq edirdilər…
O qədər gözəl uyuyurdun ki, nəfəsin əllərimi oxşasın deyə üzünü sığallamaqdan saxlaya bilmirdim özümü.
Bu dünyadakı savablarımızın mükafatı o dünyadakı hurilər imiş. Görəsən o dünyada nə savab işim olacaq ki, Tanrı sənin kimi hurini bu dünyada hədiyyəm etdi?
***
O qədər ürkək baxırdın ki, gözlərimə, “getməliyəm” deməyə dilim çönmədi. Məcbur yalan danışdım: “Bu gecə səndə qalmağa gəldim”.