İnsan ağ geyinsə, nələr deyərlər; Təbiət ağ geyir, kimsə deyinmir

İnsan ağ geyinsə, nələr deyərlər; Təbiət ağ geyir, kimsə deyinmir
27 noyabr 2012
# 17:24

Rafiq Tağının əziz xatirəsinə...

Yenə səhər-səhər ərincək halda,
Təbiət geyinir ağ libasını.
Saçına dən düşür, qocalır şəhər,
Nəyisə dəyişib öz dünyasını.

İnsanlar öləndə qara geyərlər,
Nədənsə təbiət qara geyinmir.
İnsan ağ geyinsə, nələr deyərlər,
Təbiət ağ geyir, kimsə deyinmir.

Yoox... bu gün hava yas havası deyil,
Bir ölü üstünə çəkilir kəfən.
Yaxını, qohumu, qonşusu deyil,
Təbiət özüdür bu səhər ölən.

24.11.11

# 1690 dəfə oxunub

Oxşar xəbərlər

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

Sükutun çəkisi - Mehriban İbrahimbəyli

10:12 11 aprel 2025
İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

İçimdəki fırtına - Bayram Soylunun hekayəsi

09:55 24 fevral 2025
İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

İnsanla təbiətin bəhsi - Vahab İsmayılzadə

17:30 23 dekabr 2024
Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
#
#
# # #