Əfsanə
Otaq-otaq səni gəzdim
Bir otaq,
İki otaq,
Üç otaq,
Heç birində yoxdun.
Yoxluğun məni o evdən qovdu.
Yenə gələcəm
Səni tapacam
Qovsanda getməyəcəm...
***
Kişilər cəhənnəmin dibinə getsin!
Diri-diri yansınlar
Nalələri bu dünyada eşidilsin!
əzablardan qurtulmaq üçün
qadınların ayaqları altına döşənsinlər.
bu dünyada cəhənnəm əzabı yaşatdıqları qadınların...
biz onları bağışlamayacağıq!
Dirilib yenə yansınlar!
Yenə!
Yenə!
Cəhənnəmdə yaşamağın nə olduğunu anlayana qədər...
Məni kim öldürdü?!
Günel İmrana
Məni kim öldürdü?!
Səbir kasamın genişliyi,
Hər kəsi olduğu kimi qəbul etmələr,
Qışın qış günündə ürəyimin alışıb yanmağı,
Yayın cırhacırında üşüməyim.
Susdum, susdum
Ruhumu sükutumda boğdum
İçimdə ağladım, ağladım
Göz yaşım boğazıma çatdı boğuldum
Möcüzə gözlədim, gözlədim
Bu da mənim sonuncu axmaqlığım!
Ümid deyilən o əclafa uymuşdum...
Həmid Herisçiyə
Ölən ümidlərin qəbiristanlığıdır burası.
Ümid öləndə sol tərəfdə heç nə işləmir.
“Sağ” nəyə ümid edib böylə canfəşanlıq edir?!
De görüm axı, “sağ əl” nəyə yaradın
Qaşıq qaldırmaqdan,
Qələmi kağızlara sürtməkdən başqa!?
Sən, “Sağ ayaq” nə etdin
keçi kimi qabağa qaçmaqdan özgə!
“Sağ çiyin” tabut daşıyırsan yaranandan
Təəssüf...
Ona görə adam həyatdan bezir
“Sağ” qalmaq istəmir...