Zirzəmidəki yəhudi qız, 8 yaşlı əsir... - Prezidentin təlimatı

Zirzəmidəki yəhudi qız, 8 yaşlı əsir... - Prezidentin təlimatı
1 mart 2024
# 10:05

Kulis.az müharibə mövzusunda çəkilmiş ən yaxşı 9 filmi təqdim edir.

“Qərb cəbhəsində təbəddülat” (All quiet on the western front) 1930


Film məşhur alman yazıçısı Erix Maria Remarkın eyniadlı romanı əsasında çəkilib. Birinci Dünya müharibəsi dövründən bəhs edən ekran əsərində professor Kantorek müharibəyə qatılmağı ən müqəddəs və şərəfli vəzifə kimi təqdim edərək tələbələrini döyüşə həvəsləndirir. Müəllimin sözlərindən təsirlənən tələbələr alman ordusuna yazılırlar. Ancaq sonra seçimlərində yanıldıqlarını dərk etsələr də, artıq geriyə yol yoxdur.

“Sıravi Rayanı xilas etməli” (Saving private Ryan) 1998


Amerikalı ana, İkinci Dünya müharibəsi zamanı hər üç oğlunun ölüm xəbərini alır. Heç olmasa dördüncü oğlunun müharibədən sağ dönməsini xahiş edən ananın müraciəti müsbət cavablandırılır. Prezident ananın dördüncü oğlu Ceyms Rayanın nəyin bahasına olursa olsun, xilas edilməsi üçün təlimat verir.

“Şindlerin siyahısı” (Schindler's List) 1993


Film alman Oskar Şindler adlı sahibkarın İkinci Dünya müharibəsi zamanı mindən çox Polşa yəhudisini öz fabrikində işə götürərək Holokostdan xilas etməsindən bəhs edir.

“Pianoçu” (The pianist) 2002

Film milliyyətcə yəhudi olan məşhur polyak pianoçusu Vladislav Şpilmanın ağır həyat hekayəti haqqındadır.

“Cəsur ürək” (Brave heart) 1995

Hadisələr 1280-ci illər Şotlandiyasını əhatə edir. Film kral I Eduardın dövründə həyatını işğalçı ingilislərlə mübarizəyə həsr etmiş əfsanəvi milli qəhrəman Vilyam Volosun qəhrəmanlıq tarixçəsi haqqındadır.

“Həyat gözəldir” (Life is beautiful) 1997

Film İkinci Dünya müharibəsi zamanı yəhudi ata və italyan ananın oğullarını qorumaq üçün etdiyi fədakarlıqlardan bəhs edir.

“Zolaqlı pijamalı oğlan” (The Boy in the Striped Pyjamas) 2008

Film İkinci Dünya müharibəsi zamanı alman əsgərinin 8 yaşlı oğlu ilə əsirlikdə olan yəhudinin dostluğundan bəhs edir.

“Dovşan Jojo” (Jojo rabbit) 2019

Adolf Hitler faşist cəmiyyətində böyüyən Jojonun xəyali dostudur. Jojonun anası isə evin zirzəmisində bir yəhudi qızı gizlədir.

“Qəzəb” (Fury) 2014

Kifayət qədər silahı olmayan Vardaddi və dəstəsi nasist Almaniyasına qarşı ölüm-dirim savaşına qalxır. Sonda beş nəfərlik dəstədən cəmi bir nəfər sağ qalır.

# 4373 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

14:30 11 avqust 2026
Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

11:20 11 avqust 2026
Dünya kinosunun unudulmaz Zorrosu -  Antonio Banderasın 3 əfsanəvi rolu

Dünya kinosunun unudulmaz Zorrosu - Antonio Banderasın 3 əfsanəvi rolu

17:00 10 avqust 2026
64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

16:30 10 avqust 2026
“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

13:15 10 avqust 2026
Şerlok Holms yenidən   ekranlara qayıdır

Şerlok Holms yenidən ekranlara qayıdır

11:00 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər