“Yaddaş sarayları" adlı film çəkilib

“Yaddaş sarayları" adlı film çəkilib
11 dekabr 2024
# 10:38

Azərbaycan Respublikasının Kino Agentliyinin həyata keçirdiyi post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindən biri də “Yaddaş sarayları” filmidir. “Yaddaş sarayları” sənədli filminin çəkilişlərinə 2023-cü ilin yayında başlanılıb. “Rental Azərbaycan” şirkətinin istehsalı olan filmin rejissoru Mətləb Muxtarov, prodüseri Emil Nəcəfovdur.

Kulis.az xəbər verir ki, “Yaddaş sarayları” filmi rejissorun ilk xatirəsinin axtarışı haqqındadır. Uşaqlığının ən maraqlı dövrünə qayıtmaq istəyən rejissor, o illərin izlərini tapmaq üçün doğulub-böyüdüyü şəhərin küçələrini gəzir. Bu gəzintilər onu ilk xatirəsinin olduğu yerə gətirir. Bu xatirə körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Xatırladığı hadisə onun bir yaşı olanda baş verib. Rejissor bundan sonra ilk xatirəsinin həqiqətən baş verib-vermədiyini anasından öyrənməyə çalışır, amma anası onu əmin edir ki, həmin hadisəni xatırlaması mümkün deyil. Eşitdiyi cavabdan məyus olan rejissor başqa “ilk xatirə”lərinin axtarışına çıxır və axtarışlar onu 90-cı illərdə xalqının yaşadığı travmalara aparıb çıxarır.

Filmin xronometrajı 27 dəqiqədir. Çəkilişlər Sumqayıt şəhərində aparılıb.

# 2683 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər