Kitab sərgisi

Ağasadıq Gəraybəylinin xatirə gecəsi keçiriləcək

Ağasadıq Gəraybəylinin xatirə gecəsi keçiriləcək
23 oktyabr 2017
# 16:56

Görkəmli teatr və kino aktyoru, xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyi münasibəti ilə xatirə gecəsi keçiriləcək.

Kulis.azın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə 200-ə yaxın rolda səhnəyə çıxan sənətkar həm teatr, həm də kino aktyoru kimi unudulmaz obrazlar yaradıb.

Bu il anadan olmasının 120 ili tamam olan xalq artistinin keçiriləcək yubileyində, onun mənalı ömür yolundan, yaratdığı təkrarsız obrazlardan, sənətkarlıq xüsusiyyətlərindən danışılacaq. Bununla yanaşı böyük sənətkarın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq. Həmçinin sənətkarın həyat və yaradıcılığına həsr olunmuş fotosərgi də təşkil olunacaq.

Yubiley gecəsi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Cəfər Cabbarlı adına Dövlət Teatr Müzeyi və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

Tədbir 27 Oktyabr saat 16:00-da Cəfər Cabbarlı adına Dövlət Teatr Müzeyində keçiriləcək.

# 1379 dəfə oxunub

Oxşar xəbərlər

“Simpsonlar”  20 il sonra qayıdır

“Simpsonlar” 20 il sonra qayıdır

10:17 2 oktyabr 2025
"Avatar: Od və kül"  filminin yeni treyleri yayımlandı

"Avatar: Od və kül" filminin yeni treyleri yayımlandı

17:05 1 oktyabr 2025
Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

11:00 1 oktyabr 2025
Xankəndidə “Zəfər zəngi”  filminin təqdimatı baş tutdu

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı baş tutdu

11:52 27 sentyabr 2025
Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

10:30 27 sentyabr 2025
Məşhur aktrisanın yeni filmi bəlli oldu

Məşhur aktrisanın yeni filmi bəlli oldu

13:35 26 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər