Azərbaycanla İran müştərək film çəkib

Azərbaycanla İran müştərək film çəkib
28 fevral 2018
# 10:03

“Sərhəd, Arpaçay, ayrılıq mahnısı” adlı filmin ekranlara çıxmasına sayılı günlər qalıb. Yeni ekran əsəri İran və Azərbaycanın birgə istehsalıdır.

Film istehsalçıları bildiriblər ki, yeni filmin rejissoru iranlı Əli Abdalidir. Ötən ilin iyun ayından başlayaraq Azərbaycan-İran sərhədində çəkilmiş filmdə hər iki ölkənin aktyorları rol alıblar. Baş rollardan birini azərbaycanlı aktyor Əmrah Dadaşov ifa edib.

Azərbaycan dilində çəkilmiş “Sərhəd, Arpaçay, ayrılıq mahnısı” filmini yaxın günlərdə iki ölkənin kinoteatrlarında görmək mümkün olacaq. Ekran əsərinin gənc rejissoru filmin ərsəyə gəlməsi üçün beynəlxalq əməkdaşlıq qurub.

Qeyd edək ki, filmin musiqiləri Alim Qasımov və Rübail Əzimov tərəfindən ifa olunub. Ekran əsəri üçün xüsusi vizual effektlər Ukraynada tamamlanıb. /azertag.az/

# 1998 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

10:40 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər