Hind kinosunun ulduzu Bakıya gəlir

Hind kinosunun ulduzu Bakıya gəlir
26 dekabr 2017
# 20:19

Dekabrın 27-də Bakıda “Məhəbbət səfiri” sənədli filminin təqdimatı çərçivəsində hind kinosunun ulduzu, dünya şöhrətli aktyor Dharmendra ilə görüş keçiriləcək.

Hindistanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbir Azərbaycanla Hindistan arasında diplomatik əlaqələrin 25 illiyinə həsr olunub.

Dharmendra (əsl adı Dharam Sinqh Deol) hind aktyoru, prodüser və siyasətçidir. Hindistan kinematoqrafiya sənətinə verdiyi töhfələrə görə o, bu ölkənin üçüncü ən yüksək mülki mükafatı olan Padma Bhuşan, həmçinin bir neçə mükafata layiq görülüb. Aktyor bir çox ekran əsərində, o cümlədən “Daş və Çiçək”, “Sevimli Raca”, “Qisas və Qanun”, “Cəngəlliklər kralı”, “Əbədi məhəbbət nağılı”, “Əlibaba və qırx quldur”, “Üç muşketyor kimi”, “Samrat” və digər məşhur filmlərdə çəkilib. /azertag.az/

# 1129 dəfə oxunub

Oxşar xəbərlər

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

Bəstəkarlar İttifaqında “20 Yanvar” adlı sənədli film nümayiş olunub

13:05 18 yanvar 2025
Kamal Sunalın əfsanəvi "Zübük" filmi yenidən çəkilir

Kamal Sunalın əfsanəvi "Zübük" filmi yenidən çəkilir

12:30 18 yanvar 2025
Xalq artisti Eldar Quliyevin anadan olmasının 84-cü ildönümü

Xalq artisti Eldar Quliyevin anadan olmasının 84-cü ildönümü

11:28 18 yanvar 2025
Devid Linçin ən yüksək reytinqli 10 filmi

Devid Linçin ən yüksək reytinqli 10 filmi

11:07 18 yanvar 2025
Məşhur aktyor “Kuruluş Osman”dan getdi

Məşhur aktyor “Kuruluş Osman”dan getdi

10:27 18 yanvar 2025
Azərbaycanlı rejissorun filmi Berlində

Azərbaycanlı rejissorun filmi Berlində

16:40 17 yanvar 2025
# # #