Rəsul Allahverdiyev: "Bəlkə, Cavid Təvəkkül və mən səfalət içində öləcəyik"

Rəsul Allahverdiyev:  "Bəlkə, Cavid Təvəkkül və mən səfalət içində öləcəyik"
6 mart 2025
# 12:42

“Bir az əvvəl “Cinema+” rəsmilərindən aldığım məlumata görə, "Spinozanın Tanrısı" filmi izlənmə reytinqinə görə bütün filmlər arasında sonuncu sıradadır və statistikalar çox zəifdir. Bu da, o deməkdir ki, kino nümayişi üzrə ixtisaslaşmış platformalardan biri gələn həftə filmin nümayişini saxlayacaq”.

Kulis.az xəbər verir ki, bu sözləri filmin prodüseri və ssenaristi Rəsul Allahverdiyev deyib.

Onun sözlərinə görə “Cinema+”un əməkdaşı yaranan vəziyyətə görə ondan üzr istəyib və anlayış gözlədiyini deyib:

“Əlbəttə, mən onu anladım. Bu, o deməkdir ki, film kommersiya baxımında "batıb" və kinoteatrlar boş salonlara onu daha artıq nümayiş etdirməli deyillər. Bu, həm də o deməkdir ki, Azərbaycanın mövcud kino tamaşaçısının zövqünə xitab edə bilməmişik. Ya da, başqa sözlə, bu zövq o hala salınıb ki, bizim "frekans"da deyil. O "zövqə" mən ssenari yaza bilməmişəm, Cavid Təvəkkül film çəkə bilməyib”.

Rəsul Allahverdiyev filmin büdcəsini açıqlayıb və peşman olmadığını qeyd edib:

“Bu işə başladığım gündən ətrafımda olan hər kəsə demişdim. Filmin kommersiya qarşılığı məni narahat etmir, etməyəcək də. Bəli, indi Azərbaycanda çox az dəli var ki, 116 min manat kimi ciddi bir məbləği qarşılığı sual altında olan işə yatırsın. Lakin, tam səmimi deyirəm, bu dəlilik məni qətiyyən narahat etmir və ona görə zərrə qədər də peşman deyiləm. Əminəm ki, biz yaxşı film çəkmişik. Əminəm ki, biz, Azərbaycan kinematoqrafiyasına xidmət etmişik. Kinoteatrlarda ömrü 2 həftə olsa da, bu film yaşayacaq. Tanrının işini bilmək olmaz. Bəlkə, Cavid Təvəkkül, Rəsul Allahverdiyev səfalət içində öləcək. Amma Da Vinçinin, El Qrekonun, Pol Qogen, Oskar Vayld əsərləri ölmədiyi kimi, bu da yox olmayacaq”.

“Bu filmə rəy verən, həmin o ictimai rəyə təsir edən ciddi tənqidçilər, kinoşunaslar, sənət adamları, bizim Azərbaycan kinosuna xidmət cəhdimizə ironik yanaşdılar. Sənət adamları - hətta təqdimata dəvət edilən, bizimlə, ən çox da Cavidlə bir masada əyləşən aydınlar, fikir adamları izlədilər. Filmi izlədilər və getdilər. Səssiz. Cavid Təvəkkülün əməyi ilə filmoqrafiyası rənglənmiş qəhrəmanlarımız, şəkillərinə sahib çıxmadılar, ifalarına sahib çıxmadılar və.s." - deyən Rəsul Allahverdiyev, həmçinin filmin uğursuz nəticələndiyini dilə gətirib:

“Əl qərəz! Mənim anlamadığım şeylər oldu. Və mən son günlər düşünürəm ki, kino sahəsindən müəyyən nisbi anlayışlara sahib olduğumu düşünərək səhv etmişəm. Yox, heç vaxt, bir film istehsalı üçün çalışdığıma görə peşman olmayacam. Bu həm də mənim istedadlı bir rejissoru, Azərbaycan kinosuna lazım olan bir yaradıcı insanı sənətə qaytarmaq təşəbbüsüm idi. O qayıtdı, çəkdi. Çox da gözəl çəkdi. Yaradıb və yaşayacaq. "Spinozanın Tanrısı" batdı. O, gələn həftədən kinoteatrlarda olmayacaq. Azərbaycan kino tamaşaçısı dedi ki, kaş belə bir filminiz olmayaydı. Əvəzində, əlbəttə ki, ölkədə kino nümayişi davam edəcək. Sektor "inkişaf" xəttindədir. Yeni-yeni, gülməli, əyləncəli, bu gün baxmalı, sabah unutmalı filmlər tamaşaçı zövqünü oxşayacaq. Bir rəssam qızın həyatı ilə bağlı ssenarini bitirmişdim. Sildim. Motivasiya vacib şeydi. Film bitdi. Seyrə davam. Cavid Təvəkkülə sahib çıxın. Belə zövq sahibi sənət adamı bir kiçik qərb şəhərində qocalmamalıdı. Ayıbdır”.

# 3021 dəfə oxunub

Oxşar xəbərlər

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

17:10 31 iyul 2026
"O" filmi  fərqli formatda təqdim olunacaq

"O" filmi fərqli formatda təqdim olunacaq

15:45 31 iyul 2026
Dünya komediyasının məşhur komissarı  - Lui de Fünesin 3 məşhur rolu

Dünya komediyasının məşhur komissarı - Lui de Fünesin 3 məşhur rolu

15:30 31 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin qalibləri müəyyən olundu

“Sən, ey uşaqlıq” müsabiqəsinin qalibləri müəyyən olundu

13:50 31 iyul 2026
"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

13:15 31 iyul 2026
Diktatorun senzurasını aldadan film – 50 ildən sonra da sirrini qoruyur

Diktatorun senzurasını aldadan film – 50 ildən sonra da sirrini qoruyur

13:00 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər