"Netflix"dən Metyu Perri haqqında yeni sənədli film

"Netflix"dən Metyu Perri haqqında yeni sənədli film
2 sentyabr 2026
# 11:20

"Dostlar" (Friends) serialının ulduzu Metyu Perrinin həyatı və karyerasından bəhs edən üçhissəli sənədli mini-serial – "Metyu Perri haqqında olan" (The One About Matthew Perry) oktyabrın 27-də "Netflix" platformasında izləyicilərə təqdim olunacaq.

Kulis.az xəbər verir ki, ekran işinin adı "Dostlar" serialının seriyalarının adlandırılma ənənəsinə (bütün seriyalar "The One..." ilə başlayırdı) xüsusi bir ehtiram olaraq seçilib.

"Variety" nəşrinin məlumatına görə, layihə aktyorun yüksələn komediya ulduzundan dünya çapında tanınan televiziya fenomeninə çevrilməsi yolunu əhatə edəcək. Serialda Perrinin şəxsi həyatına və asılılıqla mübarizəsinə dair indiyədək ictimaiyyətlə paylaşılmayan təfərrüatlara da geniş yer veriləcək.

Sənədli filmin hekayəsində Perrinin bacısı Mia Perri Bovik (Mia Perry Bowick) ön plana çıxır. Layihədə həmçinin Perri ailəsinin arxivindən əvvəllər heç yerdə yayımlanmamış unikal foto və videolar istifadə olunacaq. "Netflix" bildirir ki, serial Perrini yalnız "Dostlar"dakı Çandler Binq (Chandler Bing) obrazı üzərindən deyil, şəxsi həyatındakı daxili sarsıntıları və geridə qoyduğu irslə birlikdə ələ alacaq.

Perrinin "Dostlar" serialındakı tərəf müqabillərinin layihədə yer alıb-almayacağı hələlik məlum deyil. Lakin platforma sənədli filmdə aktyorun "ömürlük ən yaxın dostları" və yaradıcı tərəfdaşlarının da iştirak edəcəyini açıqlayıb.

"Onu sadəcə Çandler kimi görmək istəmədim"

Sənədli serialın rejissorluğunu "Quiet on Set: The Dark Side of Kids TV"nin rejissoru və "Framing Britney Spears"in prodüserlərindən biri olan Meri Robertson (Mary Robertson) öz üzərinə götürüb.

Perrinin bacısı Mia Perri Bovik layihə ilə bağlı açıqlamasında qardaşının xatirələrini bölüşməyə hazır hiss etməsinin zaman aldığını bildirib. O, qardaşını yalnız Çandler xarakteri və ya asılılıqla mübarizə aparan biri kimi deyil, bütün yönləri ilə anlatmaq istədiyini ifadə edib. Bovik Perrinin gözəl bir qəlbə və ruha sahib olduğunu və ən çətin anlarında belə insanları güldürüb sevildiklərini hiss etdirə bildiyini vurğulayıb.

Rejissor Meri Robertson isə Perrinin öz dövrünün ən vacib komediya aktyorlarından biri olduğunu, sənətçinin kino, televiziya və teatrdakı perfomansları ilə yanaşı, asılılıq mövzusunda açıq danışması ilə milyonlarla insana təsir etdiyini söyləyib. O əlavə edib ki, "The One About Matthew Perry" cəmiyyətin bildiyi rəsmi hekayənin kənarına çıxaraq Perrini yaxından tanıyan insanların dilindən ulduzun arxasındakı əsl insanı ortaya çıxarmağı hədəfləyir.

Xatırladaq ki, Metyu Perri 28 oktyabr 2023-cü ildə 54 yaşında faciəvi şəkildə vəfat edib.

Metyu Perri kimdir?

Metyu Perri (Matthew Perry; 19 avqust 1969 – 28 oktyabr 2023) — amerikalı və kanadalı aktyor, komediyaçı, icraçı prodüser və ssenarist olub. O, 1994–2004-cü illərdə yayımlanan və dünya televiziya tarixinin ən uğurlu sitkomlarından biri hesab edilən "Dostlar" (Friends) serialındakı Çandler Binq (Chandler Bing) rolu ilə qlobal şöhrət qazanıb. Perri eyni zamanda "Bütün doqquz yard" (The Whole Nine Yards), "Bir daha 17" (17 Again) və "Tələsən axmaqlar" (Fools Rush In) kimi məşhur filmlərdə də rol alıb. Karyerası boyu ağır narkotik və alkoqol asılılığı ilə mübarizə aparan aktyor, 2022-ci ildə nəşr etdirdiyi "Dostlar, sevgililər və böyük, qorxunc bir şey" (Friends, Lovers, and the Big Terrible Thing) adlı memuarında bu asılılıqların qaranlıq tərəflərini səmimi şəkildə qələmə almışdı.

# 70 dəfə oxunub

Oxşar xəbərlər

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

İlon Mask Nolanı tənqid etdi – “Odissey”i yenidən çəkəcək

13:45 1 sentyabr 2026
Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

Məşhur aktrisa nüfuzlu mükafata layiq görüldü

11:50 1 sentyabr 2026
Mel Gibson buna görə üzr istədi

Mel Gibson buna görə üzr istədi

11:00 1 sentyabr 2026
Kinoyazar.az saytının fəaliyyəti  dayandırıldı

Kinoyazar.az saytının fəaliyyəti dayandırıldı

21:48 31 avqust 2026
Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

Tom Kruz yenidən sükan arxasında - "İldırım günləri"nin davamı çəkiləcək

17:39 31 avqust 2026
Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

Venesiya Film Festivalı keçiriləcək – Hansı filmlər yarışacaq?

11:40 31 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər