"Harri Potter" serialının yeni treyleri - Video

"Harri Potter" serialının yeni treyleri - Video
4 sentyabr 2026
# 18:00

HBO kanalının hazırladığı yeni "Harri Potter" (Harry Potter) serialından ikinci rəsmi treyler yayımlanıb.

Kulis.az xəbər verir ki, baş rolda Harri Potter obrazını canlandıran Dominik Maklaflinin (Dominic McLaughlin) yer aldığı treyler franşizanın ilk mövsümündə Hoqvarts Cadugərlik və Sehrbazlıq Məktəbindəki həyatı və Harri, Ron ilə Hermionanın ilk tədris ilində qarşılaşacaqları sınaqları daha ətraflı nümayiş etdirir.

Yeni kadrlarda kitablardan yaxşı tanış olan bir çox səhnə yer alır. Harrinin görünməzlik plaşından istifadə etməsi, Kviddiç oynaması və professor Severus Sneyplə üz-üzə gəlməsi treylerin ən çox diqqət çəkən məqamlarındandır.

Harri Potter rolundakı Dominik Maklaflinə Ron Uizli obrazında Alaster Staut (Alastair Stout), Hermiona Qreyncer rolunda isə Arabella Stenton (Arabella Stanton) yoldaşlıq edir. Hər üç gənc aktyor Böyük Britaniyada 9-11 yaş arası uşaqlar arasında keçirilən uzunmüddətli və genişmiqyaslı kastinq mərhələsinin yekununda seçilib.

Serialın yetkin aktyor heyəti də ulduz simalardan təşkil olunub: Severus Sneyp rolunu Paapa Essyedu (Paapa Essiedu), Minerva Makqonaqallı Canet Maktir (Janet McTeer), Rubeus Haqridi Nik Frost (Nick Frost), Albus Dambldoru isə Con Litqou (John Lithgow) canlandıracaq.

Digər rollarda isə Lük Tallon (Kvirinus Kvirrell), Pol Vaythaus (Arquz Filç), Loks Pratt (Drako Malfoy), Conni Flinn (Lusiya Malfoy), Bel Pauli (Petuniya Dursli), Daniel Riqqbi (Vernon Dursli) və Ketrin Parkinson (Molli Uizli) çıxış edəcək.

Ekran işinin yüksək büdcəli çəkilişlərinə ötən il İngiltərənin Hartfordşir bölgəsində start verilib. Layihənin rəhbərliyini məşhur "Varislər" (Succession) serialı ilə böyük uğur qazanan ssenarist Françeska Qardiner (Francesca Gardiner) və rejissor Mark Maylod (Mark Mylod) həyata keçirir.

"Harri Potter" haqqında

"Harri Potter" — britaniyalı yazıçı C.K. Roulinqin qələmə aldığı, yetim sehrbaz Harri Potter və onun dostlarının qara cadugər Lord Voldemorta qarşı mübarizəsindən bəhs edən yeddi cildlik kult fentezi seriyasıdır. Dünya üzrə 600 milyondan çox nüsxəsi satılan kitablar əsasında 2001–2011-ci illərdə Deniel Redkliff, Emma Uotson və Rupert Qrintin baş rollarda yer aldığı 8 tammetrajlı film çəkilmiş və ekran əsəri kinotarixin ən gəlirli franşizalarından birinə çevrilmişdi.

HBO tərəfindən hazırlanan yeni televiziya layihəsi isə Roulinqin hər bir kitabını bütöv bir mövsüm kimi hərtərəfli və detallı şəkildə ekranlaşdırmağı hədəfləyir. Təxminən onillik yayım planı nəzərdə tutulan bu serial orijinal romanlarda yer alan, lakin vaxtilə filmlərə salınmayan bir çox xırda süjet xətlərini və qəhrəmanları yeni aktyor nəsli ilə yenidən ekranlara daşıyacaq.

# 64 dəfə oxunub

Oxşar xəbərlər

“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olundu

“The Guardian”ın “Black Garden” filmində Qarabağla bağlı təhriflərə etiraz olundu

12:16 4 sentyabr 2026
Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

Absurd yumor və qorxunun vəhdəti - Ceyn Şönbrunun yeni filmi

11:50 4 sentyabr 2026
Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

Denni DeVito "Əkizlər"in davamından niyə imtina etdiyini açıqladı

10:20 4 sentyabr 2026
Məşhur aktyor dünyasını dəyişdi

Məşhur aktyor dünyasını dəyişdi

17:40 3 sentyabr 2026
"Spider-Man: Brand New Day" "Titanik"i geridə qoydu

"Spider-Man: Brand New Day" "Titanik"i geridə qoydu

12:20 3 sentyabr 2026
Yeddi illik fasilədən sonra yeni "Pokemon" filmi gəlir

Yeddi illik fasilədən sonra yeni "Pokemon" filmi gəlir

11:40 3 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər