“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq

“Geri dönüş” filmi tezliklə nümayiş olunacaq
25 noyabr 2024
# 09:39

Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi “post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qaliblərindən biri də “Geri dönüş” adlı tammetrajlı sənədli film layihəsidir.

Kulis.az xəbər verir ki, filmin ideyası müəllif Elməddin Alıyevə aiddir. Bu, Elməddinin atasının və ailəsinin hekayəsidir. Elməddinin arıçılıqla məşğul olan atası Aftandil kişi və ailəsi 1992-ci ildə Laçın rayonundan məcburi köçkün düşüb. O zaman Aftandil kişinin bütün arı təsərrüfatı, pətəklər Laçında qalıb. Ailə daha sonra Azərbaycanın müxtəlif bölgələrində arıçılıqla məşğul olub. Nəhayət 30 ildən sonra ata öz arılarını götürüb elinə-obasına geri dönüş edə bilib. Filmdə ailə üzvlərinin işğaldan azad olunandan sonra ilk dəfə öz evlərinin qalıqlarını görmə səhnələri də yer alır.

Filmin rejissoru və ssenari müəllifi Elməddin Alıyev, operatoru Vasif Vəlizadə, prodüserləri Elməddin Alıyev və Emil Nəcəfovdur. Karvan production şirkətinin istehsalı olan filmə “Rakurs Film Media” və “Qardaşlar Mebel” şirkətləri çəkiliş dəstəyi göstərib.

Hazırda filmin rənglənmə və musiqi tərtibatı prosesi davam edir. “Geri dönüş”ün tezliklə geniş tamaşaçı auditoriyasına təqdim olunması planlaşdırılır.

# 2396 dəfə oxunub

Oxşar xəbərlər

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

Bir atanın faciəsi, bir cəmiyyətin günahı - Bütün dövrlərin ən yaxşı filmı haqqında

16:23 13 noyabr 2026
Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

Kağızlar, möhürlər və insan həyatını məhv edən sistem - İşgəncə otaqlarında nələr baş verir?

16:00 13 noyabr 2026
Conni Depp  Skrucla qayıdır

Conni Depp Skrucla qayıdır

15:23 13 noyabr 2026
“Children of Blood and Bone”  filmindən yeni treyler

“Children of Blood and Bone” filmindən yeni treyler

13:04 13 noyabr 2026
Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

Maykl B. Cordan məşhur oğru obrazında - “Tomas Kraun”un yeni versiyası

12:38 13 noyabr 2026
Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

Denzel Vaşinqton və Robert Pattinson eyni layihədə

15:11 12 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər