Əlixanın ifası onun ürəyini partladırdı... - KVN-dən kinoya

Əlixanın ifası onun ürəyini partladırdı... - KVN-dən kinoya
14 iyul 2025
# 15:04

Kulis.az Sevda Sultanovanın yeni yazısını təqdim edir.

“Baş daşı” qısametraj filminə sırf Azər Quliyevə görə baxdım.

Kinoya sosial mediadan, KVN-dən gələnlərin kino mühitində yetişən müəlliflərlə işləməsi yaxşı tendensiyadır.

Misalçün, “Alatava” serialının, həmçinin, “Qapı” filminin ssenari heyətinə (rejissor: Vüsal Əhmədzadə) Emin Əfəndiyevin dəvət edilməsi nəticəsini verdi.
“Baş daşı”ya gəlincə;

1. Ssenari çox klişedir. Ailə üzvlərinin yadlaşması, sonra hər hansı vəziyyətlə üzləşməsi və haqq-hesab çürütməsi — konflikt kinoda ən çox müraciət edilən hekayələrdən biridir. “Baş daşı”ında bu mövzuyla bağlı maraqlı kontekst, yozum yoxdur.

2. Azər Quliyev rejissor kimi səliqəli işləyib, ona görə də filmdə rejissor mədəniyyəti hiss olunur: mizanların qurulmasında, planların məzmuna xitab etməsində və estetikliyində, operatorla doğru əməkdaşlıqda (operator: İman İmanov). Musiqi həlli də pis deyil.

3. Aktyorlar arasında parlayan Asiman Ağa Rövşən idi. Asiman roldan rola başqalaşa bilən aktyordur, hər dəfə maraqlı detallar tapır.

Deyəsən, bunu bir dəfə yazmışdım, Taleh Yüzbəyovun tragikomik rolları oynamaq üçün yaxşı potensialı var. Dramatik rollarda isə bu qədər uğurlu ola bilmir. Hərçənd, filmin əvvəlki epizodlarının bir neçə məqamında yaxşı oynamışdı. Bilmirəm, bəlkə də, çox peşəkar, təcrübəli rejissorla işləsə fərqli nəticə alınar.

Əlixan Rəcəbov isə...söz də tapa bilmirəm. Stanislavskinin ürəyini partladırdı Əlixanın ifası, yazıq heç “inanmıram” deməyə macal tapmazdı. Başa düşürəm ki, sponsorlar, populyar sima olduğu üçün Əlixanın oynamasını istəyirlər. Təəssüf ki, populyarlıq həmişə keyfiyyət göstəricisi deyil.

4. Dedilər ki, film Asif Rüstəmovun “Mərmər soyuğu”na əsaslanıb, deyəsən, Əlixan Rəcəbov bu filmdən təsirlənib. “Mərmər soyuğu” kimi pis film, yəqin ki, ancaq Əlixanı film çəkəcək qədər təsirləndirə bilərdi

"Sevdalı kino"

# 3569 dəfə oxunub

Oxşar xəbərlər

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

Dinc kafe sahibi, yoxsa soyuqqanlı qatil? – Viqqo Mortensenin 5 məşhur rolu

15:00 20 oktyabr 2026
Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

Netflix “Narniya”ya 280 milyon dollar yatırdı

10:20 20 oktyabr 2026
Harri Staylsın turu əsasında film çəkiləcək

Harri Staylsın turu əsasında film çəkiləcək

15:20 19 oktyabr 2026
Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

Taika Vaytiti “Ulduz müharibələri” filmindən əl çəkir? - Layihə təxirə salındı

14:40 19 oktyabr 2026
“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

“44” bədii filminin “Sevginin sınağı" adlı tizeri yayımlandı

14:24 19 oktyabr 2026
London Film Festivalı  Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

London Film Festivalı Cessi Ayzenberqin musiqili komediyası ilə bağlandı

11:20 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər