AKİ sədri uşaq kinosu ilə bağlı baş nazirə müraciət ünvanladı

AKİ sədri uşaq kinosu ilə bağlı baş nazirə müraciət ünvanladı
15 fevral 2025
# 14:00

Azərbaycan Kinematoqrafçılar İttifaqının 26.09.2024 tarixli iclasında uşaq kinosunun vəziyyəti da müzakirəyə səbəb oldu. İclasın yekun bəyanatında Uşaq kinosunun inkişafı Dövlət Proqramının qəbul edilməsi təşəbbüsü öz əksini tapdı.

Kulis.az xəbər verir ki, bununla bağlı, AKİ sədri, Xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Şuşanı, Laçını , Kəlbəcəri görməyən, amma onun azad olması üçün canından keçən gənc nəslin milli ruhda formalaşmasında kinomuzun da rolu böyükdür. Amma bu sahədə əldə etdiyimiz uğurlara ciddi təhlükə yaranıb. Belə ki, uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: son otuz ildə bu istiqamətdə dövlət dəstəyilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir. Bunun nəticəsində yeni nəslin, yad dəyərlərin daşıyıcısı olan, xarici dillərdə çəkilmiş filmlərdən asılılığı artır, milli ruha yad, ana dilini, tarixini kamil bilməyən nəsil formalaşması təhlükəsi yaranır. Sosial şəbəkələrin neqativ rolu bu prosesi daha da gücləndirir. Bu tendensiyanın qarşısının alınması üçün uşaq və yeniyetmələrə ünvanlanmış, onları ədəbiyyatı, tarixi və qəhrəmanları ilə tanış edən filmlərin çəkilməsi, onların uşaq və məktəblilər arasında təbliğ edilməsi tələb olunur. Bu məsələdə dövlətimizin təhsil və kino siyasətini həyata keçirən aidiyyəti qurumların birgə işinin təşkil edilməsi məqsədilə, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti “Uşaq kinosunun inkişafı” Dövlət Proqramının qəbul edilməsini vacib sayır”.

AKİ sədri Dövlət Proqramının qəbul edilməsini vacib edən arqumentləri sadalayaraq, uşaq və yeniyetmələrə ünvanlanmış filmləri çəkən studiyanın yaradılmasını, animasiya filmlərinin istehsalının dəstəklənməsini təklif edir: “Proqramın məqsədi, uşaq və yeniyetmələrə ünvanlanmış, onların milli ruhda tərbiyələnməsinə xidmət edən filmlərin çəkilməsi, bu filmlərin ünvanına çatdırılması üçün təhsil və kino sahəsi üzrə aidiyyəti qurumların birgə işinin təmin edilməsidir. Kinomuzun Qızıl fonduna daxil olan filmlərinin nümayişlərinin sistemli təşkili, animasiya filmlərimizin qənaətbəxş səviyyəyə qalxması, animasiya istehsalı üçün kadrların hazırlığı, azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş kino zallarının təşkili, məktəblərdə film nümayişi üçün texniki imkanların artması Proqramın əsas vəzifələrindən olmalıdır. Özəl prodüserlərin və investorların bu sahədə passivliyi səbəbindən uşaq və yeniyetmələrə ünvanlanmış bədii və animasiya filmləri çəkən, dövlət tərəfindən dəstəklənən film studiyası da Proqram çərçivəsində yaradıla bilər. Bu studiyanın, fəaliyyətlərini faktiki dayandırmış “Azanfilm” və “Yaddaş” studiyalarının bazasında yaranması məqsədəuyğun olardı”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki uşaq kinosunun, bu mövzuda film və animasiya filmlərinin yox dərəcədə olması ciddi təhlükəyə çevrilib, ana dilində uşaq filmlərsiz nəsil yetişib. Bu istiqamətdə ciddi addımlar atılmasa, gənclər əcnəbi məhsullardan asılı vəziyyətə düşəcəklər. Bu vəziyyətin ağırlığı məhz Dövlət Proqramının qəbulunu vacib edir.

Xatırladaq ki, kino ictimaiyyəti və aidiyyəti qurumları narahat edən Nazirlər Kabinetinin 1997-ci ildə qəbul edilmiş 38 nömrəli qərarı ilə bağlı AKİ sədri Rasim Balayevin Baş nazir Əli Əsədova müraciəti, adıçəkilən qərarın yenilənməsi işini tezləşdirdi və kino prosesinə mane olan bəndlər ləğv edildi, qərarda nizamlanan müəllif qonorarları günümüzün tələblərinə uyğun dəyişdirildi.

# 2211 dəfə oxunub

Oxşar xəbərlər

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

18:44 8 may 2026
“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun <arxivinə daxil edildi - 48 ildən sonra

“Araşdırın!” bədii filmi Dövlət Film Fondunun - 48 ildən sonra

12:10 6 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər