“Yeni teatr”da artıq iki tamaşa göstərilib

“Yeni teatr”da artıq iki tamaşa göstərilib
24 iyun 2011
# 10:46
İyunun 21-dən Lənkəranda “Yeni teatr” II Respublika festivalı davam edir. Festivalın Təşkilat komitəsindən Kulis.az-a verilən məlumata görə, tədbir “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq keçirilir. O həm də dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunub.

İyunun 27-dək davam edəcək teatr festivalda ölkənin 13 teatrı - Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Mingəçevir Dövlət Dram Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Yuğ Dövlət Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Pantomima Teatrı, Gəncə Dövlət Dram Teatrı və Bakı Bələdiyyə Teatrı iştirak edir.

Festivalın ilk günü öncə Lənkəran Dövlət Dram Teatrı Qriqori Qorinin “Herostratı unudun” əsəri əsasında hazırlanmış tamaşanı təqdim edib. Axşam isə Azərbaycan Dövlət Rus Dram Teatrı M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını göstərib.

Ramilə Qurbanlı
# 2005 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

Məşhur aktrisa filmlərə çəkilməməyinin səbəbini açıqladı

15:00 6 iyun 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:37 6 iyun 2026
Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

Keyt Uinslet 14 yaşlı pərəstişkarı ilə əlaqə saxladı

17:30 5 iyun 2026
"2 Aile Arasında"  filminin nümayiş tarixi açıqlandı

"2 Aile Arasında" filminin nümayiş tarixi açıqlandı

12:00 5 iyun 2026
"Matrix"in ulduzu "Harri Potter" serialında

"Matrix"in ulduzu "Harri Potter" serialında

10:30 5 iyun 2026
Tanınmış rejissor bu filmini nümayişdən çıxardı - Səbəb

Tanınmış rejissor bu filmini nümayişdən çıxardı - Səbəb

15:40 4 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər