Azdramadan xəbərlər var - EKSKLÜZİV
18 may 2011
14:35
Gürcüstan Marcanişvili adına Dövlət Akademik Dram Teatrı Bakıda qastrolda
Bu il Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Akademik Milli Dram Teatrında bir sıra beynəlxalq layihələr gerçəkləşəcək.
Teatrdan Kulisə verilən məlumata görə bu layihələrdən biri də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə K.Marcanişvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı arasındakı birgə əməkdaşlıq layihəsidir.
Məlumat verdiyimiz kimi, 12-14 fevral tarixlərində Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Gürcüstanın Tbilisi şəhərində, 22 mart tarixində isə K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrının baş müdiri Ekaterina Mazmişvili və bədii rəhbəri Levan Tsuladze Bakıda işgüzar səfərdə olub. Səfərlərdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.
Bu səfərlərdə əldə olunan razılığa görə K.Marcanişvili adına Akademik Dram Teatrının iki tamaşası Bakıda, Akademik Milli Dram Teatrının iki tamaşası isə Tbilisidə nümayiş olunacaq.
19-21 may tarixlərində K.Marcanişvili adına Akademik Dram Teatrının Bakıya qastrol səfərinə gəlir. Gürcüstan teatrı Bakıda «Moruq» və «Piqmalion»tamaşaları ilə çıxış edəcək. Hər iki tamaşanın quruluşçu rejissoru Teatrın bədii rəhbəri Levan Tsuladzedir.
«Piqmalion» tamaşası Bernard Şounun eyniadlı əsəri əsasında hazırlanıb. Səhnələşdirmənin müəllifi Aka Morçiladze və Levan Tsuladzedir. Məşhur gürcü aktrisası, Gürcüstanın Xalq Artisti Sofiko Çiaurelinin xatirəsinə həsr olunmuş tamaşanın bəstəkarı Vaxtanq Kaxidze, səhnəqrafı Şmaqi Savaneli, geyim üzrə dizayneri Anna Kalatozişvili, xoreoqrafı Giya Marqaniya, texniki rejissoru Nina Jorjolianidir.
Rejissor yozumuna uyğun olaraq, tamaşada personajların adları gürcü adları ilə əvəzlənib. İki hissəli komediyada Gürcüstanın Xalq artisti Tamara Sxirtladze (Ana), Gürcüstanın Əməkdar və İctimai artistləri Givi Çuquaşvili (Elizbar Ratişvili) Georgi Şavqulidze, Georgi Kartvelişvili kimi aktyorlar çıxış edirlər. Tamaşanın xronometrajı 150 dəqiqədir.
«Moruq» tamaşasını isə Levan Tsuladze yaponiyalı rejissor, aktyor və ssenarist Koki Mitaninin «Gülüş akademiyası» ssenarisi əsasında hazırlayıb. Modern teatr üslubunda hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnəqrafı Levan Tsuladze, rejissor assistenti Temur Kuprava, geyim üzrə rəssamı Nino Surquladze, musiqi tərtibatçısı Zurab Qaqloşvili, texniki rejissoru Nino Jorjolianidir. Tamaşada cəmi iki aktyor iştirak edir. Neo rolunu Nato Murvanidze,
Tsubaki rolunu isə Nika Kuçava ifa edir.
Tamaşanın xronometrajı 105 dəqiqədir.
Teatrların əməkdaşlıq perspektivlərinə əsaslanan birgə layihə bununla kifayətlənmir. 30-31 may tarixlərində Akademik Milli Dram Teatrının Gürcüstana qastrol səfəri planlaşdırılır. Daha sonra birgə tamaşaların hazırlanması, həmçinin Levan Tsuladzenin Akademik Milli Dram Teatrında, Azərbaycan Respublikasının xalq Artisti, professor Azər Paşa Nemətin K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında tamaşa hazırlaması planlaşdırılır.
Polyak Lyublin rəqs teatrı “Nano” tamaşasını Milli Dram Teatrında oyanayacaq
Mayın 18-də ,Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində polyak Lyublin Rəqs Teatrının tamaşası olacaq. Polşadan olan 5-nəfərlik aktyor qrupu insanların şübhələrindən, həyat problemlərindən, fərq və oxşarlıqlardan bəhs edən “Nano” adlı tamaşanı təqdim edəcək. Tamaşanın adında öz əksini tapmış “nano” incəsənət naminə yaradılmış, özündə həm qadın, həm kişi keyfiyyətlərini birləşdirən insan vücududur. Artistlərin yeganə ifadə vasitələri rəqs, jestlər və işığın oyunudur.
Lyublin Rəqs Teatrı 2001-ci ildə yaradılıb. Teatr dəfələrlə Polşada və xaricdə, o cümlədən ABŞ-da, İsveçrədə, Fransa, Macarıstan, Finlandiya, İspaniya, Litva, Rusiya, Almaniya, Avstriya, Tunis, Hollandiya, Belorusiya və Ukraynada keçirilmiş beynəlxalq festivalların və təqdimatların iştirakçısı olub.
Lyublin Rəqs Teatrının Bakıya qastrol səfəri bu il Polşa Respublikasının Bakıdakı Səfirliyinin və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə start verilən teatr sahəsində Polşa-Azərbaycan əməkdaşlığının nəticəsidir. Azərbaycan teatr icmasının nümayəndələri cari ilin aprel ayında Polşada tədris səfərində olublar.
Polşa Respublikasının Bakıdakı Səfirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının müdiriyyəti, Adam Mitskeviç İnstitutu və Lyublin şəhər İcra Hakimiyyəti kimi polyak və azərbaycanlı sponsorların sayəsində tamaşaya giriş pulsuzdur.
Ramilə Qurbanlı

979 dəfə oxunub
Oxşar xəbərlər
Ancelina Colinin rol alacağı yeni filmi bəlli olub
15:00
23 noyabr 2024
Cəzalanmaq üçün yenidən günaha batmaq - İnsan öz həyatını necə məhv edə bilər?
10:00
23 noyabr 2024
Həyat yoldaşının çəkdiyi filmdə oynayacaq
10:24
22 noyabr 2024
Azərbaycanda Mərakeş filmləri həftəsi keçiriləcək
09:48
22 noyabr 2024
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024