Rejissor qazandığı pulu obrazlarına xərclədi - HUMANİZM

Rejissor qazandığı pulu obrazlarına xərclədi - HUMANİZM
16 may 2011
# 10:07
Almaniyanın sənədli kino rejissorlarından biri Helga Reidemeister iki il əvvəl Kabildə Hüseyn və Şaima arasındakı sevgidən, onların qarşılaşdığı çətinlikdən bəhs edən “Mənim ürəyim dünyanı qara görür” adlı sənədli film çəkib.

Kulis.az-ın Almaniyanın “Zeit” qəzetinin istinadən verdiyi xəbərə görə o vaxtdan rejissor bü cütlüyü dəstəkləyir.

Hüseyn və Şaima bir-birini uşaqlıqdan tanıyır. Yoxsulluq ucbatından taliblərə qoşulmağa məcbur olan Hüseyn sonralar qumbaradan yaralanıb və beldən aşağı iflic olub. Şaima isə atası tərəfindən 40 yaşlı kişiyə zorla ərə verilib. Amma əri başlıq pulunu tam ödəmədiyi üçün atası qızını geri alıb. Əfqanıstanda qadının naməhrəmlə görüşməsinin cinayət sayılmasına baxmayaraq Şaima Hüseyni bu müddətdə yoluxub, qayğısını çəkib.

H.Reidemeister deyir ki, gənclərin sevgisini təsvir edən sənədli filmində sensasiya axtarmaq niyyəti güdməyib. O, sadəcə Əfqanıstandakı insanların yaşam dünyasını ekrana gətirmək istəyib. Bununla belə rejissor düşünür ki, filmdəki sevgi əhvalatı fonunda tamaşaçı artıq niqabı endirilmiş ölkənin həqiqi obrazını, görüntüsünü görür.

Çəkilişdən sonra Reidemeister filmə görə aldığı pul mükafatlarını onların sevgisi yolunda sərf edib. Bu yardım məhkəmə Şaimanın boşanma haqda sənədini imzalayana kimi davam edib. Şaimanın atası yenidən qızını onun iradəsinin əleyhinə evləndirməyəcəyini deyib. Rejissor Romada keçirilən „Asiatica Film Mediale“ festivalandan əldə etdiyi pulları da Hüseynin anasına yollayıb..

Amma əhvalat xoşbəxt sonluqla bitməyib. Şaimasın gənc bacısı atası tərəfindən Pakistan vətəndaşına satılıb. Ev dustağı olan Şaima isə Hüseynlə yalnız gizlicə görüşə bilir.

Bu arada H.Reidemeister yeni filminin layihəsi ilə bağlı Kabilə səfər edib. Qeyd edək ki, H. Reidemeister Əfqanıstanda ilk filmini 2003-cü ildə çəkib. "Texas-Kabil – qadınlar müharibəyə qarşı" filmi müharibəyə qadın baxışından bəhs edir.

Almaniyanın sənədli film ustalarından sayılan və beynəlxalq kinofestivallarda mükafat almış rejissor „Xoşbəxtliyin parltısında“, „Həyatda qalmaq“, „Qadın həbsxanası“ və bir çox başqa filmlərin müəllifidir.


Sevda Sultanova
# 2102 dəfə oxunub

Oxşar xəbərlər

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

Dünya kinosunun komik və dramatik rollar ustası - Robin Vilyamsın 3 məşhur rolu

14:30 11 avqust 2026
Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

Əfsanəvi film serial formatında geri qayıdır – Yarım əsr sonra

11:20 11 avqust 2026
Dünya kinosunun unudulmaz Zorrosu -  Antonio Banderasın 3 əfsanəvi rolu

Dünya kinosunun unudulmaz Zorrosu - Antonio Banderasın 3 əfsanəvi rolu

17:00 10 avqust 2026
64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

64-cü Nyu-York Film Festivalının proqramı açıqlandı

16:30 10 avqust 2026
“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

“Tanrının Zirehi: Ultimatum”un Bakı mərhələsi - Ceki Canın Azərbaycanda ilk ekran işi

13:15 10 avqust 2026
Şerlok Holms yenidən   ekranlara qayıdır

Şerlok Holms yenidən ekranlara qayıdır

11:00 10 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər