Çin teleserialları qadağan etdi

Çin teleserialları qadağan etdi
10 may 2011
# 09:35
Çinin radio, kino və televiziya üzrə dövlət idarəsi telekanallara romantik, kriminal serialların nümayiş etdirməmək göstərişini verib. Kulis.az-ın Frans-Press agentliyinə istinadla yaydığı məlumatına görə, idarə bu qərarı şərh etməyib.

Bundan başqa dövlət idarəsi Çin Kommunist partiyasının yaranmasına həsr olunmuş 40 filmin siyahısını təqdim edərək, onların may, iyun və iyul aylarında nümayişini tələb edib.

Məlumata görə, bu çinli gənclər arasında vətənpərvərlik əhval-ruhiyyəsinin yüksəldilməsi və 2011-ci ildə Çin Kommunist partiyasının 90 illik yubileyi ilə bağlıdır.

Sonuncu sosioloji araşdırmalara görə, gənc çinlilər təbliğat verilişlərinin çoxluğu üzündən dövlət televiziyasına baxmırlar.

Onlar daha çox internetdə müxtəlif şouları izləyirlər.

Bir müddət əvvəl isə yerli telekompaniyalara Çinin keçmişinə aid film çəkmək qadağan olunub. Məmurların fikrincə, belə filmlər gənclərin öz ölkələrinin tarixinə hörmətsizlik təlqin edir.


Rəna Nevzat
# 2803 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər